Türkiyə fevralda İstanbulda təbii qaz mövzusunda konfrans keçirməyi planlaşdırır

image-turkiyebackend

Türkiyə fevralda İstanbulda Rusiyanın təklif etdiyi qaz qovşağı layihəsini müzakirə etmək üçün konfrans keçirməyi planlaşdırır.

Busaat.az RİA Novostiyə istinadən xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez deyib.

“Bu konfransda potensial təchizatçılarla bu layihənin (qaz qovşağının) və müvafiq bazarın yaradılmasının müzakirəsi nəzərdə tutulur. Bilirsiniz, bazar elə olmalıdır ki, itirənlər olmasın, hər kəs qazanclı olsun, bütün bu detallar müzakirə olunmalıdır” – deyə, Dönmez qeyd edib.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bundan əvvəl ölkəsinin təkcə qaz tranziti deyil, həm də qaz bazarının formalaşdığı ölkəyə çevrilə biləcəyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90