
Türkiyə millisində koronavirusa yoluxanların sayı 12-yə çatdı
Futbol üzrə Türkiyə yığma komandasında koronavirusa yoluxanların sayı 12-yə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Komanda üzvlərindən sonuncu dəfə götürülmüş testlərdən daha dördünün nəticəsi pozitiv çıxıb. Amma onların adları açıqlanmayıb. COVİD-19 testi pozitiv çıxmış futbolçuların Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alındığı diqqətə çatdırılıb.
Xatırladaq ki, daha əvvəl daha 8 futbolçu koronavirusa yoluxduğu üçün millinin heyətindən kənarlaşdırılmışdı. Bunlar İrfancan Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Cenk Tosun, Kaan Ayhan, Dorukhan Toköz və Emre Kılınç idi.























