Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin66 990 $▼1.81%
  • Ethereum1 893 $▼1.78%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Türkiyə MN Ermənistanı Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməyə çağırıb

image-turkiye-milli-mudafie-nazirliyi
Türkiyə
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistanın Cənubi Qafqazdakı sabitlik üçün Azərbaycan tərəfindən uzadılan sülh əlini tutmasını arzu edirik”.

Busaat.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunması üçün səmimi səylərini davam etdirir: “Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində onların yanında olmağa davam edəcəyik”.

Həmçinin, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin mina və partlamamış sursatlardan təmizlənməsi istiqamətində dəstəyini davam etdirir.

Qeyd edək ki, bu gün, həmçinin Türkiyə MMN mənbələrindən bildirilib ki, Ermənistan bölgədə atəşkəsi pozmaqla yanaşı, həm də yeni səngərlər qazır, istehkamlar qurur, əraziyə silah-sursat daşıyır: “Ermənistan təxribatları dayandırmalı, əməkdaşlığa köklənməlidir. Regional sülhə və sabitliyə gedən yol sülh müqaviləsinin imzalanmasından keçir. Bunun üçün Zəngəzur dəhlizinin açılması müstəsna əhəmiyyətə malikdir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121670