Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.45 $▼1.76%
  • WTI neft95.89 $▼1.23%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.881 $▼0.10%
  • Qızıl3 942 $▲0.24%
  • Gümüş49.76 $▲0.32%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda601.00 ¢▼0.70%
  • Bitcoin77 651 $▲1.27%
  • Ethereum2 298 $▲2.15%
  • S&P 5007 591▲0.65%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Siyasət

Türkiyə parlamenti Fransa Senatının Qarabağ üzrə qətnaməsini pisləyib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Böyük Millət Məclisinin üzvləri Fransa Senatının Dağlıq Qarabağ üzrə qətnaməsini qətiyyətlə pisləyiblər.

 

Busaat.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

 

Türkiyənin dörd aparıcı parlament partiyası – Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ partiya Fransa qanunvericilərini qınayıblar.

 

Parlamentin spikeri Mustafa Şentopun rəhbərliyi ilə imzalanan bəyanatda ərazilərin işğaldan azad olunması məsələsində qardaş Azərbaycanın mövqeyinə dəstək vurğulanır.

 

Qeyd edilir ki, Türkiyə parlamenti və xalqı şübhəsiz qardaş Azərbaycan barəsində düşmən addımları nəzərə alacaq. Fransa Senatının qətnaməsi beynəlxalq hüquq nöqteyi-nəzərindən heç bir əhəmiyyət kəsb etmir, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.

 

Bəyanatda həmçinin Fransanın ATƏT-in Minsk qrupunun həmsədri postunda 30 illik fəaliyyətsizliyinə diqqət çəkilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=25967