Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Superliqada 2024-2025-ci illər mövsümünün qalibi olan “Qalatasaray” komandasını qəbul edib.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, görüş Dolmabahçe sarayında gerçəkləşib.
Qəbulda klub prezidenti Dursun Özbek, baş məşqçi Okan Buruk və futbolçular iştirak ediblər.
Qeyd edək ki, “Qalatasaray” tarixində 25-ci dəfə Türkiyə çempionu olub.