
Türkiyə və Türkmənistan Prezidentləri görüşdü - Foto
Ərdoğan Türkmənistan Prezidenti ilə görüşdü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşüb.
Busaat.az xəbər verir ki, Prezident Ərdoğan Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Toplantısı çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Avaza Konqres Mərkəzində baş tutan görüşdən sonra iki lider iştirakçılarla ailə şəkili çəkdirib.
Görüşdə müzakirə edilən məsələlərlə bağlı əlavə məlumat verilməyib.
























