Türkiyə və Yunanıstanın xarici işlər nazirləri Hataya gedib – YENİLƏNİB

image-e9127150-81ec-37dc-94bd-761230c4ed0a_850backend

Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendiasla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Hataya səfər ediblər.

“Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Hatay şöbəsinə gedəcəklər,  xilasetmə işləri və humanitar yardımlarla bağlı müzakirə aparacaqlar.

Qeyd edək ki, Nikos Dendias bu gün Türkiyəyə Adana Hava limanından eniş edib.

Türkiyə və yunanıstanlı nazirlərin ikitərəfli görüşü də olub.

11:08

Yunanıstanın xarici işlər naziri Nikos Dendias fevralın 12-də Türkiyəyə səfər etməyi planlaşdırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı türkiyəli həmkarı Mövlud Çavuşoğlunun müşayiəti ilə Dendias zəlzələdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən Yunanıstan yardım missiyasının üzvləri ilə görüşəcək.

Bundan əlavə, Dendias Antakyadakı əməliyyat mərkəzinə baş çəkmək niyyətindədir.

Yunanıstanlı nazirin Türkiyəyə bu səfəri 2022-ci ilin mayında iki ölkə liderləri arasında münasibətlərin kəskinləşməsindən sonra ilk səfər olacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90