
Türkiyədə ağır yol qəzası - 5 ölü, 20-dən çox yaralı
Türkiyənin mərkəzində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər həyatını itirib.
Busaat.az “A Haber” telekanalına istinadən xəbər verir ki, turistləri daşıyan avtobusun sürücüsü Aksaray-Konya avtomobil yolunda idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi çevrilib.
Qəza nəticəsində 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

























