
Türkiyədə dəhşətli təyyarə qəzası baş verdi — FOTOLAR
Türkiyənin Bursa bölgəsində təyyarə qəzası baş verib.
Busaat.az xəbər verir ki, qəza barədə ilkin məlumat yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 16:45) daxil olub.
Hadisə yerinə dərhal polis, yanğınsöndürmə briqadaları, axtarış-xilasetmə qrupları cəlb edilib. Qəza yaşayış məntəqəsində baş verib.
Hələlik ölən və xəsarət alanlar barədə dəqiq məlumat verilməyib. İlkin məlumata görə, pilot və onun köməkçisi vəfat edib.

























