Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.17 $▼2.02%
  • WTI neft95.61 $▼1.51%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.857 $▼0.94%
  • Qızıl3 947 $▲0.37%
  • Gümüş49.30 $▼0.59%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda592.00 ¢▼2.19%
  • Bitcoin76 167 $▼1.51%
  • Ethereum2 240 $▼1.37%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Türkiyədə qəzaya uğrayan Liviyaya məxsus təyyarənin qara qutusu tapılıb

image-owgudr9fzvk0yuliwrhjl0lieswufjiezavamqcb_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” təyyarəsinin qara qutusu tapılıb.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə “qara qutu” tapılıb və onların araşdırılmasına başlanılıb.

“Liviya Müdafiə Nazirliyi tərəfindən göndərilən və içərisində həlak olanların yaxınlarından 5 nəfərin də daxil olduğu 14 nəfərlik heyət, eləcə də Liviya Daxili İşlər Nazirliyi tərəfindən göndərilən 8 nəfərlik heyət Ankaraya gəlib. Bu faciəvi qəza ilə əlaqədar Liviya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Araşdırmalar davam edir və detallar müəyyənləşdikcə ictimaiyyətlə bölüşüləcək”, – Türkiyə DİN başçısı vurğulayıb.

Xatırladaq ki, Ankaradan Tripoliyə uçan “9H-DFJ” nömrəli “Falcon 50” biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178282