Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 473 $▲0.57%
  • Ethereum1 794 $▲1.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Türkiyədə zəlzələdə ölən azərbaycanlı iş adamı Salyanda dəfn olundu - Fotolar

image-63e54e0e290b363e54e0e290b4167597211063e54e0e290b163e54e0e290b2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyənin Hatay bölgəsində baş verən zəlzələdə həyatını itirən Rusiya vətəndaşı olan iş adamı Salyanda dəfn olunub.

Busaat.az APA-ya istinadən xəbər verir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş verən zəlzələdə Hatay şəhərində həyatını itirib.

Xeyriyyəçi kimi tanınan Eldəniz Əliyev 40 ilə yaxın Rusiyanın Sankt-Peterburq şəhərində kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olub.

Onun xeyriyyəçi kimi həm də böyük nüfuzu olub. 44 günlük vətən müharibəsi zamanı “Yaşat Fondu”na 20 min ABŞ dolları vəsait də köçürüb. Eldəniz Əliyev həm də Sank-Peterburq şəhərində Azərbaycan diasporunun aktiv üzvlərindən biri idi.

E.Əliyev ticari işləri ilə əlaqədar Hatay şəhərində səfərdə olub. Biznes sahəsində türk ortağına məxsus kotej tipli oteldə qalıb. Səhər saatlarında həmin binanın uçması nəticəsində həyatını itirib. Bu gün Eldəniz Əliyevin cənazəsi Türkiyədən gətirilərək doğulduğu Salyan rayonun Arbatan kəndində dəfn olunub.

Onun özündən sonra iki övladı qalıb.



MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100334