Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 650 $▲0.84%
  • Ethereum1 805 $▲2.05%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Türkiyədə zəlzələdən öncə səmadakı müəmmalı parıltıların izahı verildi - VİDEO

image-1675923818_329948252_521828133370210_749334392213550951_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fevralın 6-da Türkiyədə zəlzələdən bir neçə saniyə əvvəl səmada müəmmalı parıltılar müşahidə olunub.

Bu fenomen tribolüminesensiya kimi tanınır və Amerika Seysmoloji Assosiasiyasının məlumatına görə, hələ 17-ci əsrdə sənədləşdirilib. Şimal işıqlarına bənzər işıqlar ani olaraq görünür. Onlar olduqca nadir, bütün zəlzələlərin yalnız 0,5%-dən də azı zamanı müşahidə olunur.

Bəzi ekspertlər zəlzələ zamanı səmada görünən işığın almaz və ya kvars kimi materialların sınması və ya toqquşmasının nəticəsi olduğuna inanırlar.

Bir qism alimlər isə hesab edirlər ki, parlamaların səbəbkarı elektrik yükləridir.

Bu işıqların zəlzələnin xəbərçisi ola biləcəyini iddia edənlər də var. Lakin bu iddia sübut olunmayıb.

Digər bir versiyaya görə, radon kimi inert qazlar zəlzələdən əvvəl yerdə mövcud olan çatlardan sızaraq, oksigenlə qarışaraq daha çox yerli işıqlandırma hadisələri yaradır.

 

Nyu Cersidəki Rutgers Universitetinin mütəxəssisləri isə belə qənaətə gəliblər ki, bu işıqlar planetin geoloji laylarının sürüşməsi nəticəsində Yerin daxilində elektrik yükünün artması ilə əlaqədardır. Yəni tribolüminesensiya mineral materialların sürtünməsi, qopması və ya təsiri nəticəsində baş verir.

Digər tərəfdən, NASA-nın kristalloqrafı Friedemann Feind izah edir ki, müəyyən növ süxurlar mənfi yüklü oksigen atomlarının buxarlarını məhv edə və havada elektrik boşalmalarına səbəb ola bilər.

Sfera.az

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99981