Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.66 $▼0.86%
  • Avropa qazı (TTF)85.05 €▼5.12%
  • Təbii qaz (ABŞ)2.986 $▲1.01%
  • Qızıl4 055 $▲0.03%
  • Gümüş51.79 $▲0.47%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda596.50 ¢▲0.21%
  • Bitcoin75 503 $▼0.61%
  • Ethereum2 226 $▼0.41%
  • S&P 5007 428▲0.96%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Türkiyədəki kimi problemlə qarşılaşmamaq üçün bunları etməliyik”-EKSPERT RƏYİ

image-basin-ilan-kurumu-deprem-bolgesindeki-sureli-yayinlara-yonelik-tedbirler-aldi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bakı da seysmik ərazidə yerləşən bölgədir. Burada 11-12 mərtəbədən hündür bina tikmək məqsədəuyğun deyil”.

Bunu qardaş ölkə Türkiyədə baş verən zəlzələ nəticəsində yaşanan fəlakətə münasibət bildirən əmlak eksperti Vüqar Oruc Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Türkiyədə son dövrlər tikinti məsələlərində müəyyən qüsurlara yol verilib:

image-vuqar

“Uyğunsuz ərazilərdə ucuz materiallarla tikinti aparılması böyük təhlükədir. Bu təhlükəni günlük həyatda hiss etməsək də, məhz zəlzələ və digər gözlənilməz dağıdıcı təbiət hadisələri baş verdikdə böyük dağıntılarla üzləşirik. Tikintinin hansı normativlərə uyğun aparılması yalnız belə faciə baş verdikdən sonra sorğulanır. Hansı dövlətdə olmasından asılı olmayaraq insanların yaşadığı binalara xüsusi diqqət ayırmaq lazımdır. Hansısa məmurun nəyinsə qarşılığında müəyyən qüsurlara göz yumması insan həyatı və böyük dağıntılarla nəticələnir”.

Ekspert bu kimi problemlərdən çıxış yollarını göstərib: “Baş verənləri öz ölkəmiz üçündə fikirləşmək, ehtiyat etmək lazımdır. Yeni tikilən binalar ciddi yoxlanmalı, testlərdən keçirilməlidir. Çünki bir bina yüzlərlə insan deməkdir. Binaların xüsusi qaydalara uyğun tikilməsi günümüz reallığı üçün vacib məsələlərdən biridir.Bakı da seysmik ərazidə yerləşən bölgədir. Burada 11-12 mərtəbədən çox bina tikmək məqsədəuyğun deyil. Lakin mərtəbə sayı 16-17 və daha çox olan binalar var. Həmin binaların içində az da olsa təhlükəsizliyə önəm verənlər var. Qardaş Türkiyədəki problemlə qarşılaşmamaq üçün təhlükəsizlik qaydalarına riayət olunmalıdır”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99755