“Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad oluna bilər” – İqtisadçı

“Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad oluna bilər” – İqtisadçıbackend

“Mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallara və xidmətlərə idxal zamanı gömrük rüsumları hesablanmamalıdır”.
Busaat.az xəbər verir ki, bunu İqtisad elmləri doktoru, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu Nazirlər Kabinetinə, Milli Məclisə və İqtisadiyyat Nazirliyinə qarşı irəli sürdüyü təkliflərində qeyd edib.
Qubad İbadoğlunun sözlərinə görə, Türkiyədən idxal olunan bütün mallar gömrük rüsumlarından azad olunmalıdır:
“Məlumdur ki, MDB ölkələrindən, o sıradan Rusiyadan gətirilən mallara gömrük rüsumları tətbiq olunmur. Niyə Türkiyədən gələn mallara ƏDV ilə yanaşı 15 faizə qədər gömrük rüsumları tətbiq olunmalıdır? Ermənilərə dəstək verən Rusiyaya gömrük rüsumlarına görə güzəşt olduğu halda Türkiyəyə nədən olmasın? Hesab edirəm ki, mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallara və xidmətlərə idxal zamanı gömrük rüsumları hesablanmamalıdır.
Milli Məclis 31 may 2020-ci ildə “Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Bu güzəştin yalnız 15 adda seçilmiş mallara deyil, bütün idxal mallarına tətbiqi Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin inkişafına və ölkəyə daha çox türk malının gətirilməsinə səbəb ola bilər. Bu, həmçinin türk istehsalı olan malların qiymətlərinin də ucuzlaşmasını şərtləndirərdi. Bununla biz keyfiyyətsiz Çin mallarının idxalının qarşısını ala bilərik. Odur ki, söz əlaqədar dövlət orqanlarınındır”.
Qubad İbadoğlu təklif edib ki, istehlakçılara geri qaytarılan ƏDV bu il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna köçürülsün:
“Bu həmin Fonda ən azı 10 milyon əlavə vəsait cəlb edilməsinə imkan verir. Onsuz da Edvgerial.az sistemi yaxşı işləmir, istehlakçılar ƏDV-lərini geri ala bilmirlər. Düşünürəm ki, bu da hər kəsdən Silahlı Qüvvələrə Yardım Fonduna maddi dəstək olardı”.
Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90