Türkiyənin pilotsuz döyüş təyyarəsinin görüntüləri – Fotolar

image-baykarpilotbackend

Türkiyənin aero-kosmik sənaye qurumu olan “Baykar” rəsmi feysbuk səhifəsində pilotsuz döyüş təyyarə sisteminin (MİUS) konseptual dizayn görüntülərini paylaşıb.

Busaat.az xəbər verir ki, paylaşımda deyilir:

“MİUS layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq. Millətimizə və bütün İslam aləminə sağlam və xoş Qurban bayramı diləyirik”.

“Baykar”ın texniki direktoru Selçuk Bayraktar yeni layihəsi ilə bağlı açıqlama verib:

“12 ildən çoxdur ki, MİUS layihəmizin xəyalını qururduq. Pilotsuz döyüş təyyarələrimizin SİHA-larda olduğu kimi, hava müharibəsi konseptini dəyişəcəyi, gələcəkdə 5-ci nəsil döyüş təyyarələrinin yerinə keçəcəyi gözlənilir. MİUS-un sürəti səs sürətinə yaxın olacaq. Sonrakı prototipləri isə supersonik qabiliyyətə malik olacaq. 1,5 tona yaxın sursat, ağıllı raketlər və qanadlı raketləri daşıya biləcək. Döyüş sursatlarını həm gövdəsində, həm də qanadlarında daşıya bilər”.

Selçuk Bayraktar qeyd edib ki, MİUS-un ilk uçuşunu Cümhuriyyətin 100-ci ilində gerçəkləşdirməyi planlaşdırırlar.

219585945 5812976155411368 8188310770429671891 n
219614208 5812975982078052 7772767723009163409 n
221639354 5812975592078091 8783716693854570998 n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki