“Türkiyənin yeni hücum təyyarələri F-35-lərdən üstün olacaq” – İsmayıl Dəmir

image-photo_166765backend

Türkiyənin hazırladığı yüngül hücum təyyarəsi “Hurjet” xüsusiyyətlərinə görə Amerikanın beşinci nəsil F-35 qırıcısını keçəcək.

Busaat.az “Star” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.

“Yüngül hücum təyyarəmiz “Hurjet” gələn il ilk uçuşunu edəcək. Qırıcımız F-35-dən daha təkmil xüsusiyyətlərə malikdir. Təyyarə gələn il martın 18-də anqardan çıxarılacaq”, – İ.Dəmir bildirib.

“Hurjet” Türkiyənin “Hürkuş” təlim-məşq təyyarələrinin reaktiv versiyasıdır. O, 2017-ci ildən Türkiyənin aerokosmik şirkəti TAI (Turkish Aerospace Industries) tərəfindən hazırlanıb. “Hurjet” 13,7 min metrə qədər yüksəklikdə uçacaq və üç min kq-a qədər faydalı yük daşıyacaq. Əvvəllər hücum təyyarəsinin ilk uçuşunun 2022-ci ildə baş tutacağı gözlənilirdi, lakin sonra 2023-cü ilə təxirə salınıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90