Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 437 $▼4.08%
  • Ethereum1 828 $▼5.18%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Twitter-dən yeni açıqlama: ABŞ minlərlə hesabın bağlanmasını istəyib?

image-elon-musk-tan-iran-icin-starlink-hamlesi-1067825-5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Elon Mask ABŞ-ın Twitter-dən 250 min hesabı bağlamaq istədiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, SpaceX və Twitter-in sahibi Mask “Twitter Faylları” adı altında 11-ci açıqlamasını müstəqil jurnalist Matt Taibbi vasitəsilə edib.

Taibbinin yazısını paylaşan Mask qeyd edib: “ABŞ səlahiyyətliləri, jurnalistlər və Kanada rəsmiləri də daxil olmaqla 250 min hesabın bağlanmasını tələb etdi”.

Jurnalist Taibbi paylaşımında ABŞ Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzinin (GEC) hesabatının ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) məlumatlarına əsaslandığına diqqət çəkib və qeyd edib ki, bağlanması tələb olunan hesablar arasında “2 və ya daha çox” rəsmi hesab var. Taibbi həmçinin iddia edib ki, Twitter ABŞ rəsmilərindən “xoşlarına gəlməyən” insanların hesablarını dayandırmaq üçün bir neçə “təəccüblü” tələblər alıb.

Açıqlamaya görə, 2020-ci ilin noyabrında ABŞ Nümayəndələr Palatasının demokrat deputatı Adam Şiffin ofisi də hədəflər arasında olub. Belə ki, keçmiş prezident Donald Trampa yaxın qruplar tərəfindən Şiffin əməkdaşlarına qarşı tədbir görülməsini istəyib.

Qeyd edək ki, bir müddətdir Elon Mask Twitter-in keçmiş rəhbərliyinin daxili yazışmalarını bir qrup jurnalistlə paylaşaraq ictimaiyyətə təqdim edir. Müstəqil jurnalistlər tərəfindən “Twitter Faylları” adlandırılan bu tvitlər silsiləsi Twitter-in keçmiş administrasiyasının siyasi baxışlarına görə məzmuna qərəzli şəkildə müdaxilə etdiyini ortaya qoyur.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96016