Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb, araşdırma aparılır – RƏSMİ

image-1backend
image-ad_qayo_720x110px

Ucar rayonunda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Buusaat.az  xəbər verir ki, hadisə rayon Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.

Mərkəzi Aran Regoinal Təhsil İdarəsinin yaydığı məlumata görə, fevralın 4-ü saat 08:10 radələrində adıçəkilən məktəbin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

Qeyd olunub ki, xəsarət alan şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.

Məlumata görə, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki