UEFA Belçika – İsveç oyunu ilə bağlı qərarını açıqladı

image-bdf8a911-c87b-3330-a17e-ec4a4bbdf522_850-768x403backend

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Belçika – İsveç oyunu ilə bağlı qərar verilib.

Busaat.az xəbər verir ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilməməsini məqsədəuyğun bilib.

Oktyabrın 16-da baş tutan matç zamanı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub. Qitə futbol qurumu ikinci hissənin oynanılmamasını, 1:1-in yekun hesab kimi qəbul edilməsini qərara alıb.

Bu üzdən F qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki