UEFA bütün zamanların reytinqini açıqladı – Bizimkilər neçəncidir

UEFA bütün zamanların reytinqini açıqladı – Bizimkilər neçəncidirbackend

UEFA Avrokuboklarda bütün zamanların (1955-2020) yeni reytinq siyahısını açıqlayıb.

Busaat.az qurumun saytına istinadən xəbər verir ki, 526 klubun yer aldığı siyahıya Azərbaycan təmsilçilərindən 7-si daxil olub.

Bunlardan ən yüksək pillədə “Qarabağ” qərarlaşıb. Ağdam təmsilçisi 46 xalla 78-ci pillədə qərarlaşıb

“Neftçi” 15 xalla 171-ci, fəaliyyətini dayandıran “Bakı” klubu isə 6 xalla 271-ci sıradadır.

“Keşlə” 5 xalla 297-ci, “Şəmkir” 2 xalla 398-ci, “Kəpəz” isə 2 xalla 399-cudur. Bir xalı olan “Xəzər Lənkəran” 426-cı pillədə yer alıb.

Qeyd edək ki, siyahıya “Real” (607 xal) başçılıq edir. “Bavariya” (495 xal) 2-ci, “Barselona” (459 xal) 3-cüdür./Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90