UEFA ən yaxş klubların siyahısını açıqladı

UEFA ən yaxş klubların siyahısını açıqladıbackend

UEFA 1955-2020-ci illər dövründə Avropa turnirlərində iştirakına görə tarixin ən yaxşı klublarının yeni sıralamasını təqdim edib.

Busaat.az qurumun saytına istinadən xəbər verir ki, cədvəldə 11 klub yer alıb. Siyahıya “Real” başçılıq edir. Madrid təmsilçisi 65 il ərzində 51 dəfə Çempionlar Liqasında iştirak edib və 13 dəfə turnirin qalibi olub. Ümumilikdə 445 matç keçirən komanda onların 265-də qalib gəlib, 77-də heç-heçə edib, 103-də isə məğlub olub. Klubun aktivində 607 xal var.

İkinci yerdə 37 dəfə turnirlərdə iştirak edən və 6 dəfə çempion olan “Bavariya”dır- 358 matç, 211 qələbə, 73 heç-heçə, 74 məğlubiyyət, 495 xal.

İlk “3-lüy”ü “Barselona” qapayıb. Komanda turnirlərdə 31 dəfə iştirak edib və 5 dəfə çempion olub. Kataloniyalılar 459 xal toplayıblar (325 matç, 193 qələbə, 73 heç-heçə, 59 məğlubiyyət).

Avropa turnirlərində iştirakına görə ən yaxşı 11 klub:

1. “Real” (İspaniya)
2. “Bavariya” (Almaniya)
3. “Barselona” ( İspaniya )
4. “Mançester Yunayted” (İngiltərə)
5. “Yuventus” (İtaliya)
6. “Milan” (İtaliya)
7. “Liverpul” (İngiltərə)
8. “Benfika” (Portuqaliya)
9. “Portu” (Portuqaliya)
10. “Ayaks” (Hollandiya)
11. “Dinamo” (Kiyev, Ukrayna

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki