UEFA medal qalmaqalına görə üzr istədi

image-aa1fems4-1-jpg-1747989375backend

UEFA Avropa Liqasının finalından sonra mükafatlandırma mərasimində qalib olan “Tottenhem”in 3 futbolçusuna medal çatmadığına görə üzr istəyib.

Busaat.az  xəbər verir ki, qurumdan “Reuters”ə verilən açıqlamada həmin oyunçulara paltardəyişmə otağında medalların təqdim edildiyi bildirilib:

“Avroliqa finalında gözlənilməz şəkildə bəzi oyunçulara medal çatmadı. Çünki mərasimə gözlənildiyindən daha çox komanda üzvü, o cümlədən zədəli oyunçular qatıldı. Bu səbəbdən medal çatmadı. Daha sonra paltardəyişmə otağında həmin oyunçulara medal təqdim edildi”.

Qeyd edək ki, final görüşündə “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib. Londonlular bu görüşdə 1:0 hesablı qələbə qazanaraq kuboka sahib çıxıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki