Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Busaat.az xəbər verir ki, son oyun günündə İspaniya millisi Fransa seçməsi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşündə Almaniyaya 1:2 hesabı ilə qalib gələn Portuqaliya millisi finala vəsiqəni təmin edib. Almaniya isə İspaniya – Fransa görüşündən məğlub ayrılan komanda ilə bürünc medal uğrunda mübarizə aparacaq.
5 iyun
UEFA Millətlər Liqası
Yarımfinal mərhələsi
Saat 23:00, İspaniya – Fransa.