Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.84 $▲1.20%
  • WTI neft85.69 $▲0.80%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.180 $▲3.01%
  • Qızıl3 853 $▼0.64%
  • Gümüş47.23 $▼0.54%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 675 $▼1.76%
  • Ethereum1 789 $▼1.61%
  • S&P 5007 311▼1.47%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Ukrayna NATO-dan yardım istədi

image-1644954796_ba501735-f085-392e-ba41-354522b4520e_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukrayna mülki əhaliyə təsir edə biləcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım istəyib.

Busaat.az  “Report”a istinadən xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

“Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti mülki əhaliyə təsir göstərə biləcək müxtəlif xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlaşır. Zəruri prosedurlara uyğun olaraq, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi Ukraynadan müraciət alıb”, – məlumatda deyilir.

Ukrayna, həmçinin NATO-dan yüzdən çox yolsuzluq avtomobili, minatəmizləmə avadanlıqları və radiokimyəvi kəşfiyyat vasitələri tələb edib.

Qeyd edək ki, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi NATO-nun regionda fövqəladə hallara reaksiya mexanizmidir. Onun vəzifəsi təbii və texnogen fəlakətlər zamanı yardım üçün daxil olan müraciətləri və təklifləri əlaqələndirməkdir. Təsirə məruz qalan dövlət, adətən fövqəladə vəziyyətə qarşı mübarizə üçün xüsusi ehtiyaclar barədə bu strukturu məlumatlandırır, bundan sonra NATO ölkələri və tərəfdaş dövlətlər ona müvafiq məbləğdə yardım ayırırlar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=71345