Ukrayna silahlı qüvvələri Donetskin atəşə tutulması zamanı yaşayış binasını vurub.
Busaat.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksey Kulemzin öz Telegram kanalında danışıb.
“Atışma nəticəsində Kuybışevski rayonunda Stepanenko küçəsindəki yaşayış binasına birbaşa zərbə endirilib”.
Kulemzin əlavə edib ki, Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya üzrə Birgə Mərkəzinin (JCCC) məlumatına görə, Donetsk oktyabrın 16-sı saat 21:00-dan oktyabrın 17-si saat 9:00-dək on dəfə atəşə tutulub.
Qeyd edək ki, oktyabrın 14-də Ukrayna Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının ərazisini gün ərzində 43 dəfə atəşə tutub , ümumilikdə 146 döyüş sursatı atıb.