
Ukraynada atəş nəticəsində 3 sərhədçi öldü - Yaralılar var
Rusiya qüvvələri Ukraynanın Skadovska bölgəsində olan ölkə sərhədçilərini helikopterdən atəşə tutub.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti yayıb.
Bildirilir ki, atəş nəticəsində 3 ukraynalı sərhədçi ölüb. Həmçinin yaralıların da olduğu qeyd olunur.
“Buna baxmayaraq, sərhədçilər döyüşü davam etdirir”, – deyə məlumatda vurğulanıb.























