
“Ukraynada atəşkəsin mümkünlüyü hələ nəzərdən keçirilmir” - Antonio Quterreş
“Hazırda Ukraynada sülhün və yaxud ümumi atəşkəsin bağlanması mümkünlüyü nəzərdən keçirilmir”.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
Onun sözlərinə görə, hazırda əsas diqqəti Ukraynada döyüşlərin getdiyi zonalardan dinc sakinlərin təxliyəsinə, humanitar yardımın göstərilməsinə yönəltmək vacibdir.























