
Ukraynada daha bir rusiyalı general öldürüldü - FOTOLAR
Rusiyanın 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Petroviç Frolov Ukraynada gedən döyüşlərdə həlak olub.
Busaat.az FONTANKA nəşrinə istinadən xəbər verir ki, aprelin 16-da Sankt-Peterburqda Frolovla vidalaşıblar. Onun dəfn mərasimi Serafimovski qəbiristanlığında hərbi şərəflə keçirilib, mərasimdə qubernator Aleksandr Beqlov iştirak edib. Bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qubernatorun sözlərinə görə, Vladimir Frolov Ukrayna ilə döyüşlərdə igidlik göstərərək həlak olub.
Busaat.az
Ariz Həsənoglu




























