Ukraynada sülhə doğru addımlar atan birinci tərəf Rusiya olmalıdır – Şolz

image-solzbackend

Almaniya hökuməti hesab edir ki, Ukraynada sülhə nail olmaq üçün ilk addımı Rusiya atmalıdır.

Busaat.az xəbər verir ki, bunu kansler Olaf Şolz Berlində Latviyanın baş naziri Krisjanis Karins ilə birgə mətbuat konfransında bildirib.

Şolz bildirib ki, Rusiya Ukraynaya hücum edib və sülhün mümkün olması üçün Rusiya “nəsə etməlidir”.

O, ilk növbədə rus qoşunlarının Ukraynadan çıxarılmasını məsləhət görüb.

Şolz qeyd edib ki, indi diqqət NATO-nun şərq cinahında təhlükəsizlik siyasətinə yönəldilməlidir.

“Hücum olarsa, biz birlikdə alyansın hər santimetr ərazisini müdafiə edəcəyik”, – Şolz deyib.

O, əmin edib ki, Qərb lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki