Ukraynadakı münaqişənin bitməsini hamımız istəyirik – Lavrov

image-lavrov-reu-1871920_2backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Ukraynaya dəstəyini tənqid edib.

Busaat.az xəbər verir ki, bu barədə Lavrov Rusiya dövlət televiziyasına açıqlamasında bildirib.

Nazir Kremlin danışıqları rədd etməsi ilə bağlı açıqlamaları yalan adlandırıb. “Hamımız Ukraynadakı münaqişənin bitməsini istəyirik”, –  deyə əlavə edib.

Qərbin Ukraynaya uzaqmənzilli silahlar göndərməkdə davam etdiyini bildirən nazir Moskvanın düşmənlərini Rusiya sərhədlərindən daha da uzaqlaşdırmaqla cavab verəcəyini bildirib.

Lavrov həmçinin, ABŞ-ı “Şimal axını” boru kəmərlərində baş verən partlayışlarda birbaşa rol oynamaqda ittiham edib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90