Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

"Ukraynanı bitirək, Azərbaycanla məşğul olacağıq" - daha bir "ekspert" Bakını hədələdi

image-sivkov-_2874767
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ukraynada məsələ həll olunanda – o məsələ isə yaya qədər mütləq həllini tapacaq – Rusiya Federasiyasının silahlı qüvvələrinin əl-qolu açılacaq”.

Busaat.az bildirir ki, Rusiya Federasiyasının Raket və Artilleriya Elmləri Akademiyasının vitse-prezidenti Konstantin Sivkovun dediyinə görə, Moskva hazırda Bakının “davranışından narazıdır”:

Ordumuza artıq heç nə və heç kim mane ola bilməyəcək. Bax, onda Azərbaycanla söhbət bir az fərqli kontekstdə gedəcək. Rusiya Federasiyası unutmayacaq ki, Azərbaycan hazırda Türkiyə və ABŞ-ın diqtəsi ilə hərəkət edir”.

Onun sözlərinə görə, hazırda Ukraynada cəbhənin uzunluğu 1000 kilometrdən artıqdır.

“Belarusla Ukraynanın sərhədini də yada salsaq, cəbhə xəttinin hipotetik uzunluğu İkinci Dünya Müharibəsindəki miqyasa çatır. Yada salaq ki, o zaman kütləvi səfərbərlik, sənayenin və iqtisadiyyatın müharibə şərtlərinə keçidi və s. vardı.

İndi bunların heç biri Rusiyada yoxdur. Ukraynadakı 1000 kilometrlik məsələni həll edəndən sonra Azərbaycanla məşğul olacağıq. Hələlik Rusiya Azərbaycanla diplomatik kanallarla işləyir. Sonrasına baxarıq. Biz heç nəyi unutmuruq və unutmayacağıq”, – Konstantin Sivkov deyib.Milli.Az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94599