Ukraynaya göndəriləcək döyüş təyyarələrini məhv edəcəyik – Rusiya

image-mig-29-podczas-pokazu-lotniczego-w-malborkubackend

Rusiya Polşa və Slovakiyanın Ukraynaya göndərəcəyi döyüş təyyarələrini məhv edəcəklərini açıqlayıb.

Polşa dünən Kiyevə Sovet istehsalı olan MiQ-29-ları tədarük edəcəyini elan etdikdən sonra Slovakiya eyni qərarı verən ikinci NATO ölkəsi olub.

Slovakiya keçən il 13 ədəd MiQ-29-u öz arsenalından çıxarıb.

Ukrayna Qərb ölkələrindən müasir döyüş təyyarələri, xüsusilə də F-16-lar tələb edir ki, bu təyyarələri hava məkanından müdafiə üçün mühüm hesab edirlər. Lakin bu, yalnız uzunmüddətli perspektivdə mümkün ola bilər, çünki müasir təyyarələri idarə etmək üçün ciddi təlim prosesi tələb olunur.

Polşa və Slovakiyanın göndəriləcəyini açıqladığı MiQ-29 artıq Ukrayna ordusundadır və ukraynalı pilotlar bu təyyarələrdən necə istifadə edəcəyini bilirlər. Digər NATO ölkələri də Sovet istehsalı olan təyyarələrini göndərməyi düşünür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90