Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft109.44 $▼0.25%
  • WTI neft99.83 $▼0.95%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.061 $▲0.79%
  • Qızıl4 074 $▲1.10%
  • Gümüş54.47 $▲1.33%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.00 ¢▼0.57%
  • Bitcoin80 621 $▲0.77%
  • Ethereum2 343 $▲0.99%
  • S&P 5007 733▲0.73%
16°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Dünya

Ukraynaya Leopard 2 tankları göndəriləcək - RƏSMİ AÇIQLAMA

image-leopard-reu-1977528_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Almaniya Ukraynaya “Leopard 2” tipli tankların göndəriləcəyini açıqlayıb.

Busaat.az xəbər verir ki,  bu barədə Almaniya hökumətindən açıqlama verilib.

Hökumət sözçüsü Steffen Hebestreit tərəfindən verilən yazılı açıqlamada bildirilib ki, ilkin mərhələdə 14 ədəd “Leopard 2” tankının göndərilməsi nəzərdə tutulur.

Bəyanatda qərarın Almaniyanın ən yaxın Avropa və beynəlxalq tərəfdaşları ilə aparılan intensiv məsləhətləşmələrin nəticəsi olduğu vurğulanıb.

Qərarın məqsədinin Ukrayna üçün “Leopard 2” tankları ilə iki tank batalyonunu tez bir zamanda bir araya gətirmək olduğu bildirilib və ilk mərhələdə Almaniyanın silahlı qüvvələrin inventarından 14 “Leopard 2 A6” tankından ibarət eskadron təqdim edəcəyi bildirilib.

Tankların Ukraynaya göndərilməsi niyə vacibdir?

Açıqlamada digər avropalı tərəfdaşların da Ukraynaya “Leopard-2” tanklarını tədarük edəcəyi bildirilib və Ukrayna əsgərlərinin Leopard tanklarının təliminə Almaniyada başlanacağı qeyd edilib.

Bildirilib ki, Ukraynaya dəstək paketi logistika, sursat və sistemlərin saxlanması ilə yanaşı, təlimi də əhatə edəcək.

Almaniya həmçinin, “Leopard-2” tanklarını Ukraynaya təhvil vermək istəyən ölkələrə də icazə verəcək.

Busaat.az

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=98231