Ulduz futbolçuya 9 il həbs istənildi

image-3backend

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxarılıb.

Busaat.az xəbər verir ki, zorlamada günahlandırılan keçmiş oyunçuya prokurorluq 9 il həbs cəzası və 150 min avro məbləğində təzminat tələb edib.

Dani Alveş bir neçə dəfə verdiyi ifadələri dəyişdiyinə görə onun üzərində şübhələr artıb. Lakin ulduz oyunçu özü zorladığı deyilən qızla münasibətinin hər iki tərəfin razılığı əsasında baş verdiyini bildirib.

Müdafiəçinin taleyi ilə bağlı yekun qərarın sabah verilməsi gözlənilir.

Qeyd edək ki, Dani Alveş ötən il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90