Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) mutasiyaya uğramış yeni növ koronavirusun xəstəliyi ağırlaşdırmasına dair heç bir dəlili yoxdur.
Busaat.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün səhiyyə, fövqəladə vəziyyət proqramının direktoru Maykl Rayan bildirib.
“Hazırda mutasiya olunmuş növün bu xəstəliyi ağırlaşdırmasına dair hər hansı sübut yoxdur”, -deyə o qeyd edib.