Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 451 $▲2.09%
  • Ethereum1 831 $▲3.56%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

"Üz tutub sübh əzanına – getdin" - Ramiz Rövşəndən Hacı Şahinə şeir

image-64008ebc21590202303235540
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xalq Şairi Ramiz Rövşən Moderator.az vasitəsilə bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişən ilahiyyatçı alim Hacı Şahin Həsən haqqında bunları söyləyib: “Azərbaycanın ən ağıllı və səviyyəli din xadimlərindən biri olan Hacı Şahinin ölümü məni çox kədərləndirdi. Son statusunda mənim şeirimi paylaşmağından və dünyayla mənim misralarımla vidalaşmağından çox təsirləndim. Yeri behişt olsun. Ailəsinə, doğmalarına və bütün onu sevənlərə dərin hüznlə başsağlığı verirəm.

Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
Hər keçən gündən iz qalır
Üzümdə cırmaq kimi.

Çətini yaşamaqdı,
ölmək nədi ki? Heç nə.
Son dəfə nəfəsini çəkib içinə
bir dərin suya baş vurmaq kimi.

Su içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
əcəl durub yol üstə qarmaq kimi.

…Qıymadın bir kimsəni oyatmağa,
Bu səhər üz tutub sübh əzanına –
getdin.
Bizdən ayrıldın daha,
Ən əziz dostun yanına getdin.
Daha nə dərdin?
yanında dostun var Allah kimi…

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102488