Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 092 $▼6.06%
  • Ethereum1 770 $▼8.17%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Vardanyan BBC-də çətin vəziyyətə düşdü - Video

image-vardan-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyan “BBC”nin “Hard Talk” proqramında Stiven Sakurun suallarını cavablandırıb.

Busaat.az “BBC Azərbaycanca”ya istinadən xəbər verir ki, Vardanyan proqramboyu aparıcının suallarını cavablandırmaqda çətinlik çəkib. Vardanyan, hətta ona ünvanlanan suala başqa cavablar verməklə diqqət çəkib.

Belə ki, aparıcı ona Ermənistanın uzun illər boyunca hərbi dəstək üçün Rusiyaya müraciət etdiyini xatırladaraq, Rusiyanın hazırda Ukraynada həyata keçirdiyi hərbi əməliyyatdan Ermənistanın hansı dərs çıxarmasını soruşub. Vardanyan isə, öz növbəsində sözügedən suala əlaqəsiz cavablar verərək vəziyyətdən çıxmaq istəyib.

Bundan əlavə, aparıcı Azərbaycanın əzəli torpağını “Artsax” adlandıran Rubenyana əslində bölgənin Dağlıq Qarabağ adlandığını və beynəlxalq ictimaiyyət tərəfindən də məhz belə tanındığını xatırladıb.

R. Vardanyan daha sonra “Sizcə, Ermənistanın taleyi və gələcəyi Rusiyanın əlindədirmi?” sualına cavab vermək və Ermənistan barədə danışmaq istəmədiyini bildirib. Bu hal proqramboyu bir neçə dəfə təkrarlanıb.

Daha ətraflı videomaterialda:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97990