“Vasif Talıbov və Ramiz Mehdiyev təcili həbs edilməlidir” – SENSASİON AÇIQLAMA

image-ramizvasif5backend

“Naxçıvanda Azərbaycanın əleyhinə nə lazımdırsa, hamısı baş verib. Lazımdır ki, indi “Naxçıvan xanı”nı gətirib, nökər etsinlər. Hazırda bu proses gedir. Vasif Talıbovun oğlanlarını, qızını dindirirlər. Bizdə olan məlumata görə, özünü də dindiriblər. Talıbovun “xanlığı”nın sonu gəlib nökərçiliyə dirənib. Düşünürəm, yaxın vaxtlarda onun haqqında çox ciddi tədbir görülməlidir, görüləcək də. Bu dərəcədə onu başlı-başına buraxa bilməzlər. Talıbov başlı-başına buraxılsa, dövlətçiliyə böyük zərbədir. O, Vətənə, dövlətə, dövlət başçısına, xalqa xəyanət edib. Naxçıvanda milyardların yeyilməsi, Azərbaycan dövlətinə meydan oxunması elə-belə söhbət deyil…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Talıbov haqqında tədbir görülməsə, düşünəcəklər, hamı bu yolu gedə bilər, getsin, dağıtsın, tutulsun: “Yaxud da Eldar Mahmudov stili – buraxsınlar, gedib yenə xarici dövlətlərdə, daxildə, orda-burda Azərbaycanı qarışdırsınlar. Talıbovun sonudur, yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir. Naxçıvanda da muxtariyyət ləğv edilməlidir. Heç kimə belə bir səlahiyyət verilməyib ki, özü üçün dövlət yaratsın. Bu məsələlər çox qısa müddətdə həll olunacaq. Başqalarına da dərs olmalıdır. Belə olmasa, “kiminsə qohumudur, dostudur, toxunmaq olmaz, yaxşı deyil, ayıbdır” söhbəti Azərbaycanda yaxşı olmayan sonluqla nəticələnəcək. Dövlət başçısına xəyanət etməyin özü günahdır. Belə biabırçılıq olmaz. Gedib orda pul yesə, cəhənnəmə… Onsuz da Azərbaycanı dağıdırlar, Azərbaycanda “yeməyən” kim var ki? Mədəniyyət nazirinin müavininə qədər tutuldu. Bu, pul məsələsi deyil. Düzdür, çalışırlar yozsunlar ki, Talıbovun pul məsələsidir. Qətiyyən belə deyil. Hər halda çox ciddi proseslər başlayıb. Sağolsun, milli təhlükəsizlik orqanları, bu sahədə çox böyük ustalıqla iş görürlər…”

 

H.Hacıyev bildirib ki, Vasif Talıbovun cəzası təkcə vəzifədən kənarlaşdırmaqla bitməməlidir: “Vasif Talıbovun vəzifədən kənarlaşdırılması ilə məsələ bitmir. Talıbovla bərabər Ramiz Mehdiyev də təcili həbs edilməlidir, əks halda vəziyyət çox gərgin olacaq. İstəyirlər ki, müəyyən adamlara görə ölkədə qisas alsınlar. Adamların adını hallandırmaq istəmirik. Bu adam dövlət çevrilişi etmək istəyirdi. Həm İran dairələri ilə, həm Rusiyanın kəşfiyyat orqanları, digər dairələrlə birləşib ölkə Prezidentinin Qarabağda apardığı “dəmir yumruq”əməliyyatını qəbul etməyən qüvvələr, dövlətlər var. Bu dövlətlərin hamısı çalışırlar ki, cənab Prezidentin hədəfinin əksinə getsinlər. Əksinə gedən insanları da xaric ələ alır. Bu da Ramiz Mehdiyevin dəstəsidir. Dəfələrlə demişik. Mehdiyev deyirdi ki, Co Bayden 80-90 yaşında prezident olub, mən niyə olmayım? Belə bir fikri var idi. Hər halda Talıbovu bağışlamağın özü günahdır. Bu gün bir dövlət Vasif Talıbovu bağışlayırsa, onda sabah başqa Talıbov ortaya çıxacaq, deyəcək “mən niyə bu eşqə düşməyim?” Azərbaycanda bu eşqə düşənlərin bir hissəsi həbsdə, bir hissəsi də qaçıb, xaricdədir. Ramiz Mehdiyevin dəstəsini sındırmaq lazımdır. Mehdiyev özü də Naxçıvanda oldu, müəyyən göstərişlər verdi, orda planlar cızdı. Plan cızıbsa, hər halda nəticəsi bəlli oldu. Bəzən Mehdiyev deyir ki, məni bu məsələyə qatmayın. O, bicin, avaranın biridir. Ermənilər, ermənidən törəyənlərin hamısı həmişə bic, avara insanlar olurlar. Mehdiyevin Naxçıvanda hansı oyunlardan çıxdığı… Bunların kökü kəsilməlidir, belə ola bilməz. Alaq otunun kökünü kəsməyəndə bütün tayanı tələf edir, məhsul götürmək olmur. Azərbaycanın tam müstəqilliyinə qovuşa bilmirik, Qarabağ kimi bir yara var. Ramiz Mehdiyevlərdən, Eldar Mahmudovlardan istifadə edərək, imkan vermirlər tam sağalsın”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90