Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Vasif Talıbovun qardaşı danışdı: “Mənim saxlanılmağım...”

image-meherrem-talibov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün bır sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.

Məsələ ilə bağlı Manset.az Məhərrəm Talıbovla əlaqə saxlayıb. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Məhərrəm Talıbov saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib.

“Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm.”

“Qaldı ki, bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim Cənab Prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz. Allah cənab Prezidentimizi qorusun!

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92333