Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.17 $▼2.02%
  • WTI neft95.61 $▼1.51%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.857 $▼0.94%
  • Qızıl3 947 $▲0.37%
  • Gümüş49.30 $▼0.59%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda592.00 ¢▼2.19%
  • Bitcoin76 167 $▼1.51%
  • Ethereum2 240 $▼1.37%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Venesuelada hərbi əməliyyatımız zamanı çoxlu Kuba vətəndaşı öldü

image-yfkignm1tgq3ed7wgm0mghklhdlvkgrtgckz6z3e_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela lideri Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı Birləşmiş Ştatların Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub.

Busaat.az-ın məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqodakı iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.

“Bilirsiniz, dünən (yanvarın 3-də red) çoxlu kubalı öldü. Bu sizə məlumdur. Çoxlu kubalı öldü”, – Tramp bildirib.

O, ABŞ tərəfində itki olmadığını bildirib. “Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı öldü”, – ABŞ lideri qeyd edib.

Kuba Prezidenti Migel Dias-Kanel öz növbəsində həlak olan həmvətənlərinin xatirəsini yad edərək bildirib ki, onlar yanvarın 3-də ABŞ-nin hərbçiləri tərəfindən qaçırılan Venesuela Prezidenti Nikolas Maduronu müdafiə edirlər. “Cəsur Kuba döyüşçülərinə şərəf və şöhrət”, – Dias-Kanel sosial mediada yazıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178596