Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin mövludu keçrilib — FOTOLAR

image-1725867227_d119fe53-b49a-4b82-96d6-d2c631883141backend

 Ssentyabr vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin 2-ci fəxri xiyabanda 32 ci mövludu  keçrilib.

Mövludda  şəhid ailələri,qazilər,şəhidin qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mövludda iştirak edənlər şəhidimizin qəhrəmanlığı haqqında çıxışlar edblər,daha sonraİlk olaraq şəhidimizin məzarı ziyarət olunub dualar oxunub, şəhidimiz haqqında fikirlər söylənilib. Şəhidimizin məzarı ziyarət edildikdən sonra xiyabanda mərasim evində çay süfrəsi ehsan verilib və şəhidlərimizin haqqında dualar oxunub.

Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə isə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

O, 2015-ci ildə Hərbi məktəbini bitirərək Leytenant rütbəsini alıb. Sonra Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan ordusunda xidmətə başlayıb. 2017-ci ildə XTQ-ə qəbul olan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.

Bu gün biz bu torpaqlarda sərbəst hərəkət edib xoşbəxt bir şəkildə yaşayırıqsa, bizlər üçün ölümə qorxusuz getmiş şəhidlərimizin sayəsindədir. (Öndər.tv)

Allah bütün şəhidimizə rəhmət eləsin, ailələrinə səbr versin!

0cfe684f 5c5a 4374 98d6 10a75d661294

2f85cb9d ee25 40f5 9ab4 5f74e8116924

0012a1e5 0eef 41bc 915e 9009544a450b

ac147fd1 3f98 4b46 84b1 628927940fcf

534091ed 3ea8 4d03 99b1 a1ce52ab520d

80cd219f aa6c 483d a3eb 1ee41c265a19

649fdc53 68af 4c1e 85fa ec2177f3d2c8

f19f7b30 1fa6 441c 9db4 3cefa8469fd3

c5e216c8 201d 4915 8675 572c49f61337


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki