Viktor Orban: “Krımın Rusiyadan çıxarılması real deyil”

image-hungary-politics-governmentbackend

Krımı Rusiyadan geri almaq qeyri-real və ağılsız məqsəddir.

Busaat.az xəbər verir ki, bu barədı Macarıstanın baş naziri Viktor Orban Fox News telekanalına bildirib.

“Krımın Rusiyadan çıxarılması tamamilə qeyri-realdır və bunun heç bir yolu yoxdur”, – Orban ABŞ siyasətçilərinin bu yaxınlarda yarımadanın Rusiyadan çıxarılması mövzusunda danışıqlarını şərh edərkən deyib.

Krım Respublikası və sakinlərinin əksəriyyətinin rus olduğu Krım yarımadasında xüsusi statusa malik Sevastopol şəhəri 2014-cü ilin fevralında Ukraynada iğtişaşlar zamanı hakimiyyəti ələ keçirmiş hökumət  orqanlarının legitimliyini tanımaqdan imtina edib.

Xtırladaq ki, 2014-cü il martın 16-da Krım və Sevastopolda referendum keçirildi və bu referendumda krımlıların 96,7%-i və Sevastopol seçicilərinin 95,6%-i Ukraynadan ayrılaraq, Rusiya Federasiyasına qoşulmağı seçdi. Rusiya prezidenti Vladimir Putin birləşmə haqqında sazişi 2014-cü il martın 18-də imzalayıb. Sənədlər martın 21-də Rusiya Federal Məclisi və ya ikipalatalı parlament tərəfindən ratifikasiya edilib. Kiyev referendumun inandırıcı nəticələrinə baxmayaraq, Krımı Rusiyanın bir hissəsi kimi tanımaqdan imtina edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki