“Napoli”nin hücumçusu Viktor Osimhen Neapolitan komandasının sosial şəbəkələrdə paylaşdığı yeni videodan narazı qalıb.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, futbolçu sosial şəbəkələrdə “Bolonya” ilə matçda buraxdığı penalti ilə yumoristik videonun onun imicini aşağıladığını dünür. Elə buna görə də klubu məhkəməyə verə bilər.
Nigeriyalı forvardın agenti Roberto Kalenda bu vəziyyəti şərh edərək, Neapolitan klubunun mətbuat xidmətinin bu cür davranışının yolverilməzliyini qeyd edib.
“Klubun sosial mediasında baş verənlər qəbuledilməzdir. Viktoru ələ salan video əvvəlcə ictimailəşdirilib, sonra isə gec silinib. Biz Viktoru qorumaq üçün məhkəmə prosesi və istənilən faydalı təşəbbüsə başlamaq hüququnu özümüzdə saxlayırıq”, – Kalenda bildirib.