Vitali Borisov: “İlk hədəfimiz bu mərhələni keçməkdir

image-vitali-borisovbackend

“İlk hədəfimiz turu keçməkdir”.

Busaat.az xəbər verir ki, bunu “Report”a açıqlamasında futzal üzrə “Araz-Naxçıvan” komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki şansları barədə danışarkən deyib.

41 yaşlı mütəxəssis yarışa hazırlıqlarının yaxşı davam etdiyini bildirib: “Tacikistan təmsilçisi “İstiqlol”la iki yoldaşlıq oyunu keçirdik. Taktiki problemlər var idi, amma fiziki cəhətdən yaxşı vəziyyətdəyik”.

Baş məşqçi rəqiblər haqqında da danışıb: “Türkiyə çempionu “İstanbul Şişli” barədə məlumat tapmaq çətindir. Almaniya klubu iki gün əvvəl yoldaşlıq matçında Çexiya təmsilçisinə 1:3 hesabı ilə yenilib. Amma onlar da yaxşı kollektivdir. Latviya “Riqa”sında isə bütün zamanların ən yaxşı oyunçularından sayılan Rikardinyo var. Deməli, onlar da zəif ola bilməzlər”.

Qeyd edək ki, “Araz-Naxçıvan” birinci matçını avqustun 23-də “İstanbul Şişli”yə qarşı keçirəcək. Ölkə çempionu avqustun 24-də “Yan Regensburq”la (Almaniya), iki gün sonra isə “Riqa” ilə üz-üzə gələcək. Oyunlar Latviyada gerçəkləşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki