
Vladimir Putin: "Qlobal ərzaq probleminin həllinə hazırıq"
Rusiya qlobal ərzaq problemlərinin həllində iştirak etməyə və xüsusilə də yoxsul ölkələrə kömək etməyə hazırdır.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bazar günü Kənd Təsərrüfatı və Emal Sənayesi İşçiləri Günü münasibətilə yayımladığı videomüraciətində bildirib.
“Biz əsas, zəruri məhsullara olan daxili tələbatı tam ödəyirik və etibarlı ərzaq təhlükəsizliyini təmin edirik. Bundan başqa, biz ixrac potensialımızı gücləndiririk və qlobal ərzaq problemlərinin aradan qaldırılmasına öz töhfəmizi verməyə və ən yoxsul, inkişaf etməkdə olan ölkələrə lazımi yardımı göstərməyə hazırıq” – deyə, Rusiya dövlət başçısı bildirib.
“Biz kənd təsərrüfatında texnoloji suverenliyi təkmilləşdirməliyik. Ona görə də biz seleksiya, genetika və toxumçuluq sahəsində potensialımızı gücləndirməli, müasir yerli texnika və texnologiyaya keçidi təşviq etməli, investisiyaların gələcək axını üçün şərait yaratmalıyıq” – deyə, Putin əlavə edib.




















