WhatsApp bu istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək

image-1548139870_8857841backend

“WhatsApp” sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq.

Burada.az xəbər verir ki, 15 may tarixinədək istifadəçilər bu qaydaları qəbul etməyə bilər. Trend-in məlumatına görə, qeyd edilən tarixdən sonra isə “WhatsApp” tətbiqdən mesajları oxuma və göndərmə funksiyalarını məhdudlaşdıracaq. Bundan əlavə, 120 gündən sonra messencer yeni qaydaları qəbul etməyən istifadəçinin qeydiyyat hesabını silə bilər.

Xatırladaq ki, “WhatsApp” qeydiyyat müqaviləsinə fərdi məlumatların “Facebook”a köçürülməsinə dair bənd əlavə edərə istifadəçilərinin tənqidinə səbəb olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90