Xabi Qurban Qurbanovla görüşdə hansı sirləri açıb? – MƏLUM OLDU

image-img_20240225_224220_954backend

Qurban Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonso ilə görüşdə nəyi müzakirə etdiklərini açıqlayıb.

Busaat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi bunu “Sumqayıt”a qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında deyib.

Qurbanov “Alonso komandasının hansı zəif və hansı güclü tərəfləri barədə sirrləri açdı?” sualına belə cavab verib:

“Daha çox nəyə üstünlük verməsi ilə bağlı söhbətimiz oldu. Bəzən oyunun gedişatında oyunun stilində dəyişiklik edir. Bunu analizlərdə görmüşdük, oyunlarına çox baxmışdıq. Almaniyadakı matçda fərqli tələbləri var idi, Bakıdakı görüşdə fərqli. Düşündüklərimiz var idi, onu özü də dedi. Futbolun dili birdir. Oyunçuların ustalıq səviyyəsi, oyun sürəti, ilboyu o tempə dözmək… Bu, daha üstün cəhətdir”.

Qeyd edək ki, “Qarabağ” martın 7-də “Bayer”i qəbul edəcək. Cavab oyunu 1 həftə sonra səfərdə baş tutacaq.Offsideplus.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki