Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.40 $▲0.70%
  • WTI neft88.42 $▲0.58%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.153 $▼0.19%
  • Qızıl3 868 $▼0.14%
  • Gümüş47.55 $▲0.08%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.75 ¢▼0.13%
  • Bitcoin64 673 $▼0.98%
  • Ethereum1 814 $▼1.10%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Kriminal

Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar (VİDEO)

image-ff63ea325ba7fc94d9f58ae2e7234d3c1667392130_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin ölümü ilə bağlı yeni detallar məlum olub.

Həkimin qardaşı Elçin Vəliyevin məlumatına görə, hadisənin baş verdiyi gün – 2022-ci il iyunun 27-də səhər saat 05:54-də Xalidə Kəngərli qohumuna “WhatsApp” vasitəsilə 4 mesaj yazaraq sonradan silib. Səhər 09:18-də Xalidə Kəngərliyə silmiş olduğu SMS-lər barədə sual edən qohumuna cavabında o artıq bacarmadığını, yoldaşının yenə içdiyini, ona səhərə qədər işgəncə verərək ləyaqətini alçaltdığını deyib. Dəfələrlə başına vurulan zərbələrdən sağlamlıq halının pisləşdiyindən gileylənib.

Bundan əlavə yazıb ki, əri onu öldürəcək, uşaqlar yatıb, artıq geri dönüş yoxdur. Xalidə Kəngərli qohumuna yazdığı mesajda yoldaşının çox bic olduğunu deyib. Əlavə edib ki, gecə halı pis olub, ürəyi sıxılmağa başladığı an əri onun başının üstündə durub danışıb. Daha sonra yoldaşının içdiyini və yatdığını görüb, lakin Rüfət Kəngərlinin sonradan onu oyadaraq işgəncələr verdiyini bildirib.

Bundan əlavə, həkimin qardaşı Elçin Vəliyevin sözlərinə görə, cinayət işinin materiallarında Xalidə Kəngərlini onun ərinin özünü öldürmə həddinə çatdırması halını təsdiq edən çoxsaylı sübutlar var. Buna baxmayaraq, hazırkı ana qədər Rüfət Kəngərli qeyri-müəyyən səbəblərdən məsuliyyətə cəlb olunmayıb.

Vəkil Hikmət Əliyev isə Xalidə Kəngərlinin ölməsi faktına görə başlanan cinayət işinin hansı mərhələdə olması barədə məlumat verib.

Vəkilin sözlərinə görə, məşhur ginekoloqun iyunun 27-də saat 17:50-də yaşadığı mənzilin eyvanından özünü ataraq ölməsi faktına görə Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Kifayət qədər sübutlar olsa da, bu günə qədər təqsirli şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmayıblar.

H.Əliyev bildirib ki, ekspert əsassız rəy verdiyi üçün təkrar ekspertiza təyin edilib.

Mənbə: Baku.tv

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106556