Xankəndi stadionunda təmir işləri nə yerdədir? – Nazir açıqladı

image-7805dfd0266e710dae60312a523129831700996979_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-jpgbackend

“Xankəndi şəhər stadionunda təmir-bərpa və yenidənqurma işləri davam etdirilir”.

Busaat.az xəbər verir ki, bunu İqtisadiyyat.az-ın sualına cavab olaraq gənclər və idman naziri Fərid Qayıbov deyib.

“Təmirdən sonra oyunlar keçiriləcək. Xankəndi şəhər stadionunda davamlı oyunların keçirilməsini planlaşdırırıq”, – nazir əlavə edib.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən stadionda ilk oyunun dekabrın 21-də keçirilməsi nəzərdə tutulub. Matçın Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK arasında keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Xankəndi şəhər stadionu 1956-cı ildə istifadəyə verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki