Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.49 $▼3.91%
  • WTI neft87.71 $▼3.94%
  • Avropa qazı (TTF)83.78 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.101 $▲2.58%
  • Qızıl4 137 $▲0.10%
  • Gümüş52.78 $▼0.63%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 597 $▼0.17%
  • Ethereum2 117 $▼0.37%
  • S&P 5007 377▲0.27%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Kriminal

Xırdalanda polkovnikin meyiti tapıldı

image-1707894884-media-xestexana-rx60egl81tko75yv3h9w
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb.

Busaat.az Oxu.az-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub.

Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nürəli Eyvazovun meyiti otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb.

Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur.

Qeyd edək ki, Nürəli Eyvazov uzun illər Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, təqaüddə olan ədliyyə polkovniki olub. Nürəli Eyvazov əvvəllər 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179816